AZ

İranda prezidentliyə namizədlər teledebata ÇIXACAQ

İranda keçiriləcək növbədənkənar prezident seçkilərinə buraxılan namizədlər arasında 5 canlı debatlar təşkil olauncaq.

Modern.az xəbər verir ki, namizədlər arasındakı debatlar İran Dövlət Televiziyasında canlı yayımlanacaq. Müzakirələrin mətnini isə “Mehr” Xəbər Agentliyi dərc edəcək.

Teledebatlar aşağıdakı ardıcıllaqla təşkil olunacaq:

1-ci debat 17 iyun bazar ertəsi günü;
2-ci debat 20 iyun cümə axşamı günü;
3-cü debat 21 iyun cümə günü;
4-cü debat 24 iyun bazar ertəsi günü;
5-ci debat 25 iyun çərşənbə axşamı günü.

Debatlar axşam saat 20.00-da başlayacaq və 00.00-a qədər davam edəcək.


İRNA-nın məlumatına görə, İran Seçki Qərargahının sözçüsü Möhsin İslami iyunun 9-da 14-cü prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını açıqlayıb.


Prezident seçkilərində iştirak etmək hüququ olan 6 namizəd aşağıdakı şəxslər olacaq:

Mustafa Purməhəmmədi;
Məsud Pezeşkian;
Əlirza Zakani;
Səid Cəlili;
Məhəmməd Baqir Qalibaf;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi.


İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
2
modern.az

2Mənbələr