AZ

Məktəblilər Üçün Ümumrespublika Layihə Müsabiqəsinin Qeydiyyat Müddəti Uzadıldı

“Regional İnkişaf” İctimai Birliyinin “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində həyata keçirilən məktəblilər arasında ümumrespublika layihə müsabiqəsinin qeydiyyat müddəti 21 iyun 2024-cü il tarixinədək uzadıldı.

QHT.az xəbər verir ki, layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Sənaye Korporasiyası, ADA Məktəbi, Azərbaycan Mühəndislik Akademiyasi və “AzerGold” QSC-nin dəstəyi ilə icra edilir.

 

Ətraflı məlumat: https://shorturl.at/pCbrr

Müsabiqənin keçirilmə qaydaları: https://shorturl.at/lnX9n

Müsabiqədə iştirak etmək istəyən məktəblər üçün qeydiyyat linki: https://shorturl.at/6APQ1

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
qht.az

1Mənbələr