AZ

Xəzər dənizi dünyanın ən az araşdırılan su hövzələrindəndir - Taleh Ziyadov

Xəzər dənizi dünyanın ən az tədqiq edilən su hövzələrindəndir. Bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov COP29 ərəfəsində iqlim davamlılığı və Xəzər dənizi üçün elm və biznesin sinerjisinə həsr olunmuş "Caspian Blue Horizons" seminarında bildirib. 

"Xəzər hövzəsinin son tədqiqatları 1970-ci illərdə aparılıb.İqlim dəyişikliyi bu region üçün çox vacibdir, bu məsələdə əməkdaşlıq etmək və beynəlxalq sərmayələri cəlb etmək lazımdır. Eləcə də akademik və elmi ictimaiyyət nümayəndələri ilə əməkdaşlıq qurulmalıdır”, - Ziyadov bildirib.


O həmçinin bildirib ki,  bu ilin noyabrında Xəzər dənizində tədqiqatlar aparan elmi mərkəz yaradılacaq və bu təşkilat dəniz livanı daxilində fəaliyyət göstərəcək. 


O, həmçinin bildirib ki, Bakı limanının sıfır emissiyaya çıxmaqla bağlı strategiyası var. 


"Bu strategiya bizə imkan verir ki, limanın ətraf mühitə vurduğu və vura biləcəyi ziyanları təyin edək, 2035-ci iləfək bu ziyanları azaldaq”, - Ziyadov əlavə edib.  


N. Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
anews.az

1Mənbələr