AZ

Bakı limanı ərazisində Xəzər dənizinin tədqiqi üzrə regional mərkəz yaradılacaq

Bakı. Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (BBDTL) ərazisindənoyabr ayında Xəzər dənizinin tədqiqi ilə məşğul olan regionalmərkəz yaradılacaq.

Trend xəbərverir ki, bu barədə BBDTL-in baş direktoru Taleh Ziyadov ADAUniversitetində ilk dəfə keçirilən "Caspian Blue Horizons" tədbiriçərçivəsində "COP29 ərəfəsində iqlim dayanıqlılığı və Xəzərindayanıqlılığı üçün elm və biznesin sinerjisi" mövzusunda keçirilənmüzakirələrdə deyib.

"Ehtimalla, bu mərkəz Bakı limanının ərazisində fəaliyyətgöstərəcək, belə ki, burada lazımi ən müasir avadanlıqlarmövcuddur", - deyə o bildirib.

Onun fikrincə, Xəzər dənizi dünyanın ən az öyrənilən yerlərindənbiri olaraq qalır.

"Xəzər hövzəsinin son tədqiqatları 1970-ci illərdə aparılıb.Lakin son onilliklər ərzində Xəzər dayazlaşmaqdadır və mənfi iqlimdəyişiklikləri baş verir. İqlimlə bağlı məsələlərdə tədqiqat işləriüçün bütün maraqlı tərəflərlə əməkdaşlıq etmək, regiona beynəlxalqinvestisiyalar, eləcə də akademik və elmi ictimaiyyətinnümayəndələrini cəlb etmək vacibdir", - deyə T.Ziyadov əlavəedib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
1
az.trend.az

2Mənbələr