AZ

 “Məşhur” şairə: “Kimin ərini əlindən almışam!?”

“Mən zamanında evli olmuşam, uşağım olmadığı üçün ayrılmışam”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri son zamanlar rəqsi və ifa etdiyi bayağı mahnı ilə məşhurlaşan şairə İlhamə Elşadqızı “Gəl danış” verilişində deyib.

Şairə onu tənqid edənlərin bostanlarını daş-qalaq edib:

“Mən heç kimi yalvarmıram ki, məni şad gününə, reklamına çağır. Çağırıb qonorar verirlər və məndən o mahnını oxumağımı istəyirlər. Mənim qazpulum var, mənim işıqpulum var, mənim supulum var, onları verməliyəm axı”.

“Mənim ürəyim partlayır axı, mən danışmaq istəyirəm.  Hər bir uşaq, hər bir adam tərbiyəni öz ailəsindən götürür. Mənim yetəri qədər əsərlərim də var. “YouTube”dən baxa da bilərsiniz. Burada nə tərbiyəsizlik olub? Kimin ərini əlindən almışam. Mən nə etmişəm axı? – deyə o əlavə edib.

Ziyafət Əlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
bakivaxti.az

1Mənbələr