AZ

Kamal Quliyevlə maraqlanan yoxdu

Bir müddət öncə veteran futbolçu Kamal Quliyevin səhhətinin ağırlaşdığını və reanimasiyaya yerləşdiyini xəbər vermişdik.

Ailəsindən “Football-plus.az”a verilən məlumatda Quliyevin qaraciyərində piylənmə olduğundan vəziyyətinin ağırlaşdığı deyilmişdi.

Təcrübəli futbol adamıyla yenidən əlaqə saxladıq. Bu dəfə isə dəstəyi özü götürdü:

“Maraqlandığınız üçün minnətdaram. Doğrudu, qaraciyərimdə problem olduğundan reanimasiyaya yatırılmışdım. Şükürlər olsun ki, hazırda yaxşıyam. Rayondayam, anamın yanında müalicəmi davam etdirirəm. Doğrusu, xəstəliyimlə bağlı heç kimə heç nə deməmişəm. Heç kim də nə axtarıb, nə də maraqlanıb. Öz gücümlə müalicəmi davam etdirirəm”.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
football-plus.az

1Mənbələr