AZ

Enerji siyasəti uğurla davam etdirilir ŞƏRH

Ötən əsrin 90-cı illərin əvvəlində Qarabağda baş vermiş hadisələr torpaqların 20 faizinin işğalı ilə nəticələnir. Həmin ərəfələrdə ölkədə siyasi-sosial vəziyyət də ürəkaçan deyildi. Hakimiyyətdəki özbaşınalıqlar bir çox sahələrə öz təsirini göstərir, ölkədə güclü böhran hiss edilirdi.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan müstəqil dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyur. Dahi Öndər Heydər Əliyev dünyanın neft və qaz sərvətlərinə olan tələbatını siyasi yolla həll edərək, bir çox ölkələrlə yeni-yeni müqavilələr imzalayır.

Ulu Öndər Heydər Əliyev 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi”ni (“Yaşıl enerji”) imzalayır. Bu müqavilə vasitəsilə BP şirkəti ilə iş birliyi həyata keçirilir və ölkədə tranformasiya sahəsində inqilab başlayır. Həmin ərəfədə BP kimi bir şirkətlə əməkdaşlıq etmək Azərbaycan kimi kiçik bir dövlətin qapılarının Avropanın bütün sahələrinə açılması demək idi. Neft və Qaz sektoruna xarici intestisiyaların cəlb edilməsi ölkə başçısının atdığı düzgün siyasi siyasətin nəticəsi idi. 1996-cı ildə isə prezident Şahdəniz perspektivinin hasilatı ilə böyük enerji strategiyasının əsası qoyur.

“Əsrin müqaviləsi”dən sonra Neft və Qaz sektorunda bir sıra müqavilələr imzalanmış, yeni-yeni layihələr həyata keçirilmişdir. Ölkənin Neft və Qaz sahəsindəki inkişafı, digər sahələrə də öz müsbət təsirini göstərərək, Beynəlxalq arenada Azərbaycanın inkişaf etmiş ölkələrlə tərəf müqavili olmasına geniş şərait yaradır.

Ölkə Prezidenti İlham Əliyev 2024-cü il iyun ayının 4-də Bakı Enerji Həftəsi çərçivəsində Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və XII Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” (Cop29) sərgilərinin açılışı zamanı ölkənin 90-cı illəri və bu günü arasındakı fərqi faktlarla hər kəsin diqqətinə çatdırır.

Bakı Enerji Həftəsi Cop29 artıq 30 ilə yaxındır ki, beynəlxalq sferada təşkil edilir və bunun başlıca məqsədi dövlətlərarası əməkdaşlığın inkişafına və möhkəmlənməsinə geniş şərait yaratmaqdır. Bakı Enerji Həftəsi çərçivəsində dünyanın tanınmış siyasi xadimləri bir araya gələrək, dünya səviyyəsində enerji xəritəsinin təkmilləşməsinə, müxtəlif layihə və sərgilərin təşkilinə, yeni-yeni əməkdaşlıq müqavilələrinin imzalanmasına səy göstərir, müxtəlif şirkətlərin də bu işə cəlb edilməsinə maraq göstərirlər.

Cop29-da otuzdan çox ölkə, 300-dək şirkət iştirak edir. Bu platformaya cəlb edilən ölkələr zaman-zaman ölkəmizə böyük maraq göstərir, bir çox sahələrdə əməkdaşlıq müqavilələrin imzalanması istiqamətində mühüm addımlar atırlar.

Bakı Enerji Həftəsinin təşkili dünya liderlərinin də böyük maraqla izlədikləri layihələrdəndir. Bununla bağlı ABŞ prezidenti Cozef Baydenin ölkə başçısına ünvanladığı məktubda da qeyd edilir ki: “Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məndə məmnunluq doğurur. Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər”.

4 iyun 2024-cü ildə təşkil edilmiş Cop29-da ölkə başçısı növbəti uğurlu layihənin təməlini BƏƏ-dən olan “Masdar” şirkəti ilə qoyaraq üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlini qoyur. Prezident 30 il ərzində görülmüş işlər haqqında öz çıxışında qeyd edir ki: “dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb”.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının múəllimi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
sesqazeti.az

1Mənbələr