AZ

İqtisadçı açıqladı: “Dollar kəskin qalxacaq”

Dünyada yeni iqtisadi böhran baş verərsə, dolların məzənnəsi çox güclü qalxa bilər.

Medianews.az xəbər verir ki, bu barədə məşhur rusiyalı iqtisadçı Mixail Xazin bildirib.

“Bütün dünyada qlobal maliyyə kataklizmi böyüyərsə, planetdə insanların böyük əksəriyyəti dərhal dollar almağa tələsəcək. Bununla da tələbatın kəskin artması səbəbindən onların dəyərini kəskin artıracaq. Bu, ABŞ valyutasının hələ də “təhlükəsiz sığınacaq” olması ilə əlaqədar olacaq. Beləliklə, “təhlükəsiz sığınacaq valyutası”nın hazırkı statusu hipotetik iqtisadi fəlakətdən sonra ən azı yaxın bir neçə ay ərzində dolların çox bahalaşmasına imkan verəcək”,- o deyib.

Onun sözlərinə görə, bir müddətdən sonra ABŞ milli valyutasının məzənnəsi sabit və inamlı şəkildə enməyə başlaya bilər.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
medianews.az

1Mənbələr