AZ

Moskva İrəvandan üzvlük haqqı tələb edir

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistanın KTMT təşkilatına borcu var. RF XİN-in açıqlamasında KTMT təşkilatının üzvü olaraq  Ermənistanın üzərinə düşən öhdəliklərin ləğv edilmədiyi, ölkənin təşkilatın büdcəsinə vəsait keçirməli olduğu bəyan edilib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan XİN-in açıqlamasında ölkə rəhbərliyinin 2024-cü il üçün KTMT büdcəsinə vəsait ödəmək niyyətində olmadığı bildirilmişdi. Ermənistan XİN-in mətbuat katibi Ani Badalyanın açıqlamasında deyilir: "İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurasının 23 noyabr 2023-c il tarixli "KTMT-nin 2024-cü il büdcəsi haqqında" qərarına qoşulmaqdan və Təşkilatın fəaliyyətinin bu qərarda nəzərdə tutulmuş qaydada maliyyələşdirilməsində iştirakdan kənarda qalmağı qərara alıb". 

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
hurriyyet.az

1Mənbələr