AZ

Qərbi azərbaycanlıların Ermənistana qayıdışı ilə bağlı ingilis dilində məruzə hazırlanıb

Qərbi Azərbaycan İcması və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) "Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı: deportasiya tarixi və potensial siyasətlər" mövzusunda ingilis dilində məruzəni təqdim edib. SİA xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev məruzənin təqdimat mərasimində çıxışı zamanı bunun bir ilk olduğunu bildirib:

"Biz ilk dəfədir ADA Universitetinin tələbələri ilə birlikdə ingilis dilində məruzə hazırlamışıq. "Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı: deportasiya tarixi və potensial siyasətlər" adlı məruzədə münaqişənin tarixi, başlaması və s. haqqında tarixi faktlar və məlumatlar öz əksini tapıb. Bizi ittiham edirlər ki, guya Ermənistana qarşı ərazi iddialarımız var. Halbuki Azərbaycan sülh təşəbbüsü ilə çıxış edir və Ermənistana heç bir ərazi iddiası yoxdur. Artıq sülh prosesinin tərkib hissəsi kimi qaçqınların qayıdış məsələsi müzakirə edilir. Bütün bunlarla bağlı məlumatlar məruzədə əks olunub".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
2
sia.az

3Mənbələr