AZ

Türkiyədə mədəndə torpaq altında qalan 5 fəhlənin meyiti tapılıb

Türkiyənin Ərzincan şəhərində mədən sahəsində baş verən sürüşmə nəticəsində torpaq altında qalan 5 fəhlənin meyiti tapılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ərzincan Valiliyi məlumat yayıb.

Valiliyin sosial media səhifəsində ölənlərin yaxınlarına başsağlığı verilib.

Qeyd edək ki, fevralın 13-də Ərzincanın İliç rayonunda qızıl mədənində baş verən sürüşmə nəticəsində 9 fəhlə itkin düşüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
e-huquq.az

1Mənbələr