AZ

Məşhur rusiyalı ekspert: “Qoşun göndərsələr, fransızlar öləcək”

Fransa qoşun göndərmək qərarına gəldi. ABŞ və Almaniya silahlarının müharibədə istifadəsinə icazə verdilər. NATO üzv ölkələrinin Ukraynaya yardımı artarkən, “Haber Global Web Özel”ə danışan məşhur rusiyalı hərbi ekspert Mixail Kodarenok Moskvanın fransız əsgərlərini hədəf alacağını iddia edib.

Turkustan.az xəbər verir ki, Fransanın Ukraynaya hərbi təlimatçılar göndərmək qərarı gərginliyi artırır. Parisin Rusiya ilə müharibə vəziyyətində olan Kiyevə qoşun yeritmək qərarı son vaxtlar gərginliyin yeganə səbəbi deyil. Ötən ay əvvəlcə ABŞ, sonra isə Almaniya Ukraynaya öz silahları ilə Rusiya hədəflərini vurmağa icazə verib. Digər tərəfdən, ABŞ hərbi mənbələri İngiltərənin elit hərbi birləşmələrinin Ukraynada döyüşdüyünü açıq şəkildə bəyan etmişdi. Kremlin bütün bu hadisələrə necə reaksiya verəcəyi merak edilərkən; Ölkənin aparıcı hərbi ekspertlərindən Mixail Kodarenok “Haber Global Web Özel”ə verdiyi açıqlamada Fransanın bütün NATO və Avropanı yandıran qərara imza atdığını bildirib.

Rusiya Hərbi Hava Qüvvələrinin Planlaşdırma Departamentinin keçmiş rəis müavini, istefada olan polkovnik Mixail Kodarenokun sözlərinə görə, hər iki tərəf müharibədə böyük fasilədən əvvəl son kozırını oynaya bilər. Kodarenokun təəccüblü açıqlamalarını təqdim edirik:

“Prezident Vladimir Putin Fransanın qəbul etdiyi məsuliyyətsiz qərara görə müharibənin Avropaya sıçrama ehtimalını vurğuladı. Kreml, ordu və kəşfiyyat orqanları da açıq şəkildə ictimaiyyətə bəyan etmişdilər ki, Fransa və ya digər Avropa ölkələrinin əsgərləri Ukraynaya gəlsə, ilk hədəf onlar olacaq və məhv ediləcək. Fransa bütün Avropanı və NATO-nu yandıracaq addım atıb”.

“Güclü silah dəstəyi alan müharibə şəraitində olan bir ölkəyə sonda bu silahlardan istifadə etmək icazəsi veriləcəyini təxmin etmək çətin olmaz. Digər tərəfdən, Qərbin elə bir hərbi qurumu yoxdur ki, Rusiyanın böyük hücuma keçməsinə çox az vaxt qaldığını bilməsin. “Ukraynaya bu cür açıq dəstək, silahdan istifadə icazəsi və ya qoşun göndərmək qərarı indi Kremldə Moskvanı dayandırmaq üçün istifadə edilən son kozır kimi qəbul edilir”.

“Cəbhədə müharibə necə bitsə də, Rusiya da ciddi siyasi itki ilə üzləşəcək . Bütün dünyanın Rusiyaya qarşı olduğu bu müharibədə Moskva üçün də böyük risk var. Ukraynaya silah dəstəyi davam etdikcə, 1 milyondan çox insan işə götürülə bilər. Bu o deməkdir ki, Ukrayna gözlənilən böyük hücumu çox geniş müdafiə ilə qarşılayacaq. Düşünürəm ki, Rusiyanın əsl çıxılmaz vəziyyəti bu məqamdadır”.

Digər tərəfdən, Qərbdən hərbi yardım alan Ukrayna prezidenti Vladimir Zelenski bu yaxınlarda NATO üzvü olan İsveç, Norveç və İslandiyadan olan həmkarları ilə qarşılıqlı təhlükəsizlik sazişi imzalayıb. NATO üzvü olan ölkələrdən Ukraynaya verilən yardımlar günü-gündən artır. ABŞ son həftələrdə Kiyevə 60 milyard dollarlıq yardım paketi açıqladığı halda, Almaniya 17,7 milyard, Böyük Britaniya isə 9,1 milyard dollar vəd edib. Qərb hərbi mənbələri onu da bildirir ki, ABŞ Zelenskinin uzun müddətdir tələb etdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərini “şəhərlərin müdafiəsində istifadə olunmaq şərti ilə” Kiyevə verə bilər.NATO-ya üzv ölkələr Ukrayna müharibəsində iştirak edərkən, Rusiyanın buna necə reaksiya verəcəyi maraq doğurur.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
turkustan.az

1Mənbələr