AZ

Ermənilər itkin əsgərimizlə bağlı gülünc xəbər yaydılar

Jurnalist Suzi Badoyan Günnüt istiqamətində itkin düşən Azərbaycan əsgərinin guya diversant olduğunu iddia edib.

Turkustan.az xəbər verir ki, o, panika məzmunlu paylaşım edərək hansısa diversiyanın olmasını qabartmağa çalışıb.

“Gecə araratlılardan məktublar aldım: bir diversant Tiqranaşendə (Kərki – red.) ərazimizə basqın etdi”, – yazan Badoyan sakinlərin təşviş içində olduğunu vurğulayıb.

Qeyd edək ki, sərhəddə itkin düşən əsgərimiz tək olub. Əsgərin təkbaşına hansısa diversiyaya əl atdığını iddia etmək absurddur.

Digər tərəfdən, rəsmi Bakı sülh gündəliyinə sadiq olduğu üçün sərhəddə təxribatda maraqlı deyil./Globalinfo.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
turkustan.az

2Mənbələr