AZ

Azərbaycanda 10 yaşa qədər uşaqlara 120 manat məbləğində uşaqpulu VERİLƏ BİLƏR - AÇIQLAMA

Azərbaycanda 10 yaşa qədər uşaqlara 120 manat məbləğində uşaqpulu VERİLƏ BİLƏR - AÇIQLAMA

Azərbaycanda müzakirə olunsa da, öz nəticəsini verməyən problem "uşaqpulu" məsələsidir. Azərbaycanda uşaqpulunun verilməməsi səbəbi ölkə büdcəsinə ağır yük olaraq qiymətləndiilir. Bildirilib ki, uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər.

Lakin məsələ odur ki, ekspertlərin məqbul saymadığı bu müavinət növü uşaqların ehtiyaclarının ödənilməsinə xidmət edir. Bir vaxtlar Azərbaycanda 9 yaşa qədər uşaqların ailələrinə uşaqpulu verilirdi. Bu gün ölkədə uşaqların sayı azalır və aborların sayı artır. Boşanmalar ilə bağlı statistikadan danışmağa belə dəyməz. Bir sıra vətəndaşlar artıq bu artımın səbəbini uşaqpulunun verilməməsi səbəbindən baş verdiyini deyir. Belə olan təqdirdə ən azından 10 yaşa qədər uşaqlara 120 manat məbləğində uaşaqpulu bərpa edilə bilər?

Mövzu ilə Sonxeber.az-a danışan sosioloq Mətanət Məmmədova deyib ki, "uşaqpulu" adlandırdığımız ödəniş hər bir uşağa ailəsinin gəlirindən asılı olmayaraq verilən pul yardımıdır. 2006-cı ilə qədər uşaqlar bu yardımdan faydalana bilirdi. Lakin həmin dövrdən uşaqpulu dayandırılıb:

"Məlum olduğu kimi ölkəmizdə sosial sahədə mühüm islahatlar həyata keçirilir. Düşünürəm ki, son illərin ən çox gündəmdə olan mövzusu kimi uşaqpulu məsələsi öz həllini tapmalıdır. Çünki uşaqpulu uşaqların sağlamlığı və təhsili üçün nəzərdə tutulan vəsaitdir. Düzdür, uşaqpulunu almaq istəyində olan əksər ailələrə görə bu, işsiz olduqlarına görə konpensasiya mənasını daşıyır. Lakin belə valideynlər düşünməlidir ki, uşaqpulu uşağın ehtiyacları üçün verilir, ailənin dolanışığı üçün yox. Əziyyət çəkib özlərinə iş taparlar. Hazırda ölkədə hər yeni doğulan uşağa birdəfəlik yardım kimi 500 manat verilir".

Sosioloqun sözlərinə görə, bu rəqəm son illər 100 manatdan bu məbləğə qaldırılıb. Belə olan halda uşaqpulunun tətbiqi də gözləniləndir:

"Uşaq hüquqlarını nəzərə almaqla, düşünürəm ki, birdəfəlik ödəniş sosial vəziyyətindən asılı olmayaraq bütün ailələrdə doğulan uşaqlar üçün, uşaqpulu isə sosial vəziyyəti aşağı olan ailələrin uşaqlarına verilməlidir. Bunun üçün isə müəyyən zaman ərzində araşdıralar, qeydiyyatlar aparılmalı, yeni sistem hazırlanmalıdır. Uşaqpulunun hansı yaşadək təyin olunması məsələsinə gəlincə isə, bu da müzakirəyə verilməli, ortaq bir yaş seçilməlidir. Hazırda bunun 1-6 yaşa qədər olması təklifləri verilir, lakin heç olmasa, 10 yaşa qədər olması daha müvafiq olardı".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
sonxeber.az

2Mənbələr