AZ

Azərbaycanda sağlamlıq turizminin yeni strategiyası hazırlanacaq

Azərbaycanda sağlamlıq turizminin yeni strategiyası hazırlanacaq.

Bu barədə İqtisadiyyat.az Dövlət Turizm Agentliyindən məlumat əldə edib.

Belə ki, sağlamlıq turizmi sahəsində strateji planlaşdırma və dövlət idarəetməsi sahəsində uğurlu beynəlxalq təcrübəyə dair təhlil sənədi hazırlanacaq.

Müvafiq sahənin inkişaf etdiyi ölkələrdə (Türkiyə, Malayziya, Çexiya, Tayland və s.) sağlamlıq turizminin inkişafı məqsədilə dövlət tərəfindən həyata keçirilən siyasətlər və tətbiq edilən strateji yanaşmalara dair təhlil aparılacaq. Azərbaycan nümunəsinə uyğun gələn spesifik hallar seçilərək xüsusi tövsiyə və təkliflər formasında təqdim ediləcək.

Eləcə də tibbi turizm sahəsində uğurlu beynəlxalq təcrübə öyrəniləcək və təkliflər hazırlanacaq.

Ölkəmizdə mövcud vəziyyətin təhlilini və resurs diaqnostikasını, maraqlı tərəflərin xəritəsini və laborator təhlil nəticələrini əks etdirən hesabatın işğaldan azad olunmuş ərazilərin resurslarını da əhatə edəcək formada təkmilləşdirilməsi və məlumatların yenilənməsi işləri həyata keçiriləcək.

Qeyd edilir ki, 2021-ci ildə Agentliyə təhvil verilmiş sağlamlıq turizminə dair təhlil sənədinin yenilənməsi məqsədilə işğaldan azad edilmiş ərazilərin (xüsusi ilə Kəlbəcər və Şuşa şəhərləri) sağlamlıq turizmi resurslarının diaqnostikası aparılmalı, eyni zamanda, sözügedən təhlil sənədinin təkmilləşdirilməsi məqsədilə ölkə üzrə resursların diaqnostikası, maraqlı tərəflərin xəritəsi və laborator təhlil nəticələri nəzərdən keçirilməli, boşluqlar doldurulmalı və zəruri hallarda məlumatlar yenilənməlidir.

Sənəddə əsas mənbə bazarlarının təhlilinin aparılması, bu bazarlara münasibətdə Azərbaycanın rəqabətqabiliyyətliliyinin qiymətləndirilməsi, rəqabətqabiliyyətliliyin artırılması məqsədilə məhsul inkişafının təkliflərinin hazırlanması nəzərdə tutulub. Təhlil prosesinin tərkib hissəsi olaraq, Azərbaycan sağlamlıq turizmi məhsullarının ixracı üçün əsas mənbə bazarlar araşdırılmalı, müvafiq məhsulların rəqabətqabiliyyətliliyi ölçülməli, mövcud vəziyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanmalı, təkliflər aidiyyəti qaydada Strategiyanın Tədbirlər Planında əks olunmalıdır.

Həmçinin yeni sağlamlıq turizmi məhsullarına dair təkliflər hazırlanacaq və təkliflər aidiyyəti qaydada Strategiyanın Tədbirlər Planında əks olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
iqtisadiyyat.az

2Mənbələr