AZ

PAŞİNYAN ÜÇÜN GƏRGİN GECƏ - Keşiş Baqrat etiraz aksiyasını genişləndirir

Rusiyapərəst və revanşist siyasi qüvvələrin, eləcə də erməni kilsəsinin havadarlıq etdiyi keşiş Baqrat Qalstanyanın dünən İrəvanda təşkil etdiyi etiraz aksiyası öz kütləviliyi ilə əvvəlkilərdən fərqlənib.

“AzPolitika” erməni KİV-lərinə istinadla xəbər verir ki, ötən gün mərkəzi meydana on minlərlə etirazçı toplaşıb. Xüsusilə də Qarabağı tərk etmiş ermənilərin üstünlük təşkil etdiyi aksiya bu gün səhərə kimi davam edib. İrəvanın bir sıra küçə və prospektləri bağlanıb. B.Qalstanyan gecəni başının dəstəsi ilə Baqramyan prospektində keçirib. Ərazidə çadırlar quraşdırılıb və avtomobillər toplanıb.

Bildirilir ki, dünən Respublika meydanında baş tutan aksiyadan sonra Baqrat tərəfdarları ilə birlikdə Baqramyan prospektində yürüşə başlayıb. Burada çoxlu sayda polis yürüş iştirakçılarına Dəmirçyan küçəsinə çıxmağa icazə verməyib. Bir qrup etirazçı hökumət binalarına doğru hərəkət edib, lakin polis onları Dəmirçyan küçəsinə buraxmayıb.

Seçilən
40
azpolitika.info

1Mənbələr