AZ

Taleh Ziyadov: Xəzər regionunun ətraf mühit çirklənmələrindən qorunması təkcə bir ölkəyə aid deyil

Taleh

Bakı, 10 iyun, AZƏRTAC

Xəzər regionunun ekoloji və ətraf mühit çirklənmələrindən qorunması təkcə bir ölkəyə deyil, regionda yerləşən bütün dövlətlərə aiddir.

AZƏRTAC xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov ADA Universitetində keçirilən “Xəzər Mavi Üfüqlər”in açılış mərasimində “COP29 ərəfəsində İqlim Dayanıqlığı və Xəzər dənizinin Davamlılığı üçün Elm və Biznesin Sinerjiləşdirilməsi” mövzusunun müzakirəsinə həsr edilən tədbirdə bildirib.

O qeyd edib ki, bugünkü müzakirələr Xəzər dənizi akvatoriyasında baş verən ekoloji dəyişiklərin müzakirəsi və bu problemin həlli yollarının tapılması baxımından mühüm bir platformadır.

“Hesab edirəm ki, bu qlobal problemin həlli üçün müzakirələr böyük fayda verəcək. Dünyada atmosferə buraxılan karbon qazı emissiyalarının azaldılması hazırda qlobal problemlər sırasında dayanıb. Burada həmçinin yaşıl enerji dəhlizləri ilə bağlı da müzakirələr aparılacaq. Xüsusilə də bu dəhlizin “Azərbaycan-Gürcüstan-Xəzər dənizi” marşrutu üzrə yaradılması səslənən təkliflər arasındadır”, - deyə Taleh Ziyadov bildirib.

Bakı Limanının direktoru yaşıl enerji resurslarını təşviq etmədən dünyada bu sahədə mövcud problemi həll etməyin mümkün olmadığını əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
azertag.az

2Mənbələr