AZ

Azaraq Ermənistan ərazisinə keçən əsgərimiz saxlanılıb? 

Xəbər verdiyimiz ki, Naxçıvanda xidmət keçən bir əsgərimiz itkin düşüb.

News365.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Azərbaycan əsgəri Naxçıvandan sərhəddini səhv salaraq Ermənistan ərazisinə keçib.

Məlumatda qeyd olunur ki, hərbçimiz Dərələyəzin Areni kəndi yaxınlığında saxlanılıb.

Rəsmi olaraq nə Ermənistan Müdafiə Nazirliyi, nə də Milli Təhlükəsizlik Xidməti hələlik bu məlumatı təsdiqləməyib. 

Qeyd edək ki, daha əvvəl Müdafiə Nazirliyi tərəfindən hərbi qulluqçu Ceyhun Hüseynovun Naxçıvanda naməlum şəraitdə itkin düşdüyü barədə məlumat yayılmışdı.

Könül , News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
news365.az

1Mənbələr