AZ

Orta Dəhlizin inkişafının bir sıra üstünlükləri var - Belçika səfiri

Bakı. Trend:

Orta Dəhlizin inkişafının sürət, daha az karbon emissiyası vəböhran vəziyyətində tədarüklərin şaxələndirilmısinöqteyi-nəzərindən bir sıra üstünlükləri var.

Bu barədə Trend-ə Belçikanın Azərbaycandakı səfiri MişelPetersmans deyib.

"Orta Dəhlizin, əsasən, quru nəqliyyatı ilə inkişafı (Xəzərdənizi ilə kəsişmə istisna olmaqla) beynəlxalq marşrutlarınşaxələndirilməsinə imkan yaradır. Avropa İttifaqı (Aİ) ölkələri vəÇin arasında ticarət, əsasən, Sakit okean limanlarından dəniz yoluilə həyata keçirildiyi halda, yüklərin bir qisminin Mərkəzi Asiyavə Qafqazdan keçməsi sürət, daha az karbon emissiyası və böhranvəziyyətində tədarüklərin şaxələndirilməsi nöqteyi-nəzərindən birsıra üstünlüklərə malikdir", - deyə səfir bildirib.

Petersmans qeyd edib ki, Orta Dəhliz həm də Qafqaz və MərkəziAsiya ölkələri üçün öz coğrafi və geosiyasi mövqeyindən maraqlarınaminə istifadə etməklə investisiyaları stimullaşdırmaq və nəticədəiş yerləri açmaq üçün bir vasitədir.

"Bu məqsədə nail olmaq üçün həm fiziki infrastrukturuntəkmilləşdirilməsi, həm də inzibati sadələşdirmə və qaydalarınuyğunlaşdırılması yolu ilə sərhəd keçidlərinin asanlaşdırılmasıüzərində işləmək lazımdır", - deyə o vurğulayıb.

"Səfir, həmçinin, Belçikanın Aİ-nin mərkəzində kommunikasiyaqovşağı olduğunu və yüksək inkişaf etmiş nəqliyyat və logistikaşəbəkəsinə, o cümlədən, bir neçə ildir ki, bir bütün təşkil edənAntverpen və Zebrugge limanlarına malik olduğunu əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlədəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz,Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi vəQara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan,Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri iləbirləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əksistiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya ortahesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyatdəhlizinin əsas üstünlüklərindən biridir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
az.trend.az

1Mənbələr