AZ

Goranboyda avtomobillər toqquşub, yeddi nəfər xəsarət alıb

Goranboy rayonunun Rəhimli kəndində iki avtomobil toqquşub, xəsarət alanlar var.

Missiya.Az Report-a istinadən xəbər verir ki, "Ford" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində "Hyundai" sürücüsü, 1987-ci il təvəllüdlü Cəsarət Həsənov, 1993-cü il təvəllüdlü Orxan Məmmədli, 1965-ci il təvəllüdlü Mirvari Məmmədova, 1984-cü il təvəllüdlü Leyla Əlizadə və 12, 11, 3 yaşlı uşaqlar xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
130
16
missiya.az

10Mənbələr