AZ

Məlahət Atasever: Oğlum Azərbaycanın da ilk kosmonavtıdır

Məlahət

Ankara, 10 iyun, AZƏRTAC

“Əminəm ki, Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq tezliklə kosmik sektora da genişlənəcək. Oğlum həm də Azərbaycanın ilk kosmonavtıdır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə tarixində ikinci kosmonavt olan Tuvanın anası Cahangir Atasevər Məlahət Atasever jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Tuva Cihangirin uçuşu təkcə Türkiyədə deyil, Azərbaycanda da yaxından izlənilib.

“Azərbaycandan çoxlu sayda reaksiyalar aldım. Hisslərimi oğlumun sözləri daha yaxşı ifadə edir. “Türkiyə və Azərbaycanın bayraqları yerdə yan-yana dalğalandığı kimi, səmada da yan-yana olacaqlar”, - deyə astronavtın anası bildirib.

Məlahət Atasever oğlunun uçuşunun gənclər üçün nümunə olacağına, türk kosmonavtlarının sayının artacağına ümid etdiyini deyib.

Ramin Abdullayev

AZƏRTAC -ın müxbiri

Ankara

Seçilən
101
azertag.az

1Mənbələr