AZ

Ukrayna uğrunda müharibə Afrikaya doğru genişlənir – Səfirliklər açılmasının PƏRDƏARXASI

Rusiya ilə Qərb arasında Ukrayna uğrunda müharibə Afrikaya doğru genişlənir.

Yenicag.az xəbər verir ki, Ukraynanın Afrika ölkələrində yeni səfirliklər açmasının arxasında Fransanın olduğu və məqsədin Afrikadan Rusiyaya qarşı döyüşmək üçün əsgər toplamaq olduğu iddia edilir.

Birləşmiş Dünya Beynəlxalq (UWIDATA) təhlil saytındakı xəbərə görə, Ukrayna Fil Dişi Sahili, Qana, Ruanda, Botsvana, Mozambik, Konqo Demokratik Respublikası, Sudan, Tanzaniya, Mavritaniya və Kamerunda yeni səfirliklər açıb.

Ukrayna və bu təşəbbüsü dəstəkləyən Fransa iddia edir ki, Ukraynanın Afrikadakı diplomatik hücumunun səbəbi qitəyə yardım göstərmək və müharibə başlayandan bəri kəsilən taxıl tədarükünü bərpa etməkdir. Rusiya tərəfi Ukraynadan ixrac edilən taxılın yalnız 3%-nin Afrika limanlarına çatdığını iddia edərək, Qərbi Qara Dəniz Taxıl Dəhlizi Sazişinə əməl etməməkdə ittiham edib və sazişdən çıxıb.

“Kapital Afrika” nəşrində dərc olunan xəbərə görə, Ukrayna tərəfinin Seneqaldan əsgər cəlb etmək cəhdi Dakar hökumətinin diqqətindən yayınıb və iki ölkə arasında böhran yaranıb.

Məlumata görə, Afrikada fəallıq göstərən və Rusiyaya qarşı ritorikasını gücləndirən Fransa hökumətinin də Ukraynanın qitədəki fəaliyyətlərini dəstəklədiyi iddia edilir. Regional ekspert politoloq Alaa Dardurinin fikrincə, Fransanın Ukraynanın qitədə, xüsusən də Fil Dişi Sahilində fəaliyyətinə dəstək verməsinin arxasında Rusiyanın Afrikadakı təsirini azaltmaq strategiyası dayanır.

Digər siyasi analitik Kassi Kudionun fikrincə, Ukrayna Fil Dişi Sahilini Qərbi Afrikada strateji təsirini genişləndirmək üçün əsas platformaya çevirməyi hədəfləyir. Ukraynanın afrikalıları Rusiya-Ukrayna münaqişəsinə cəlb etmək cəhdləri də Qərb dövlətlərinin strategiyası ilə üst-üstə düşür.

Fransa prezidenti Emmanuel Makron dəfələrlə bəyan edib ki, Kiyevə əcnəbi hərbçilərin göndərilməsi ilə bağlı heç nəyə göz yummaq olmaz.

Digər iddia isə Fransanın Ukraynadan istifadə edərək, Afrikada Rusiya, Çin və Türkiyənin artan təsirinə qarşı yeni strategiyaya üz tutmasıdır. Türkiyənin son illərdə Afrikada artan nüfuzu bir çox Qərb mediasında işıqlandırılıb və Türkiyə Afrikada yüksələn güc kimi təsnif edilir.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
yenicag.az

1Mənbələr