AZ

Kanada qran-prisində qalib dəyişmədi

Formula 1 üzrə dünya çempionatının 9-cu mərhələsi Kanadada baş tutub. Monreal avtodromunda keçirilən yarış yağıntılı hava şəraitində keçib. Bu da yarışın gedişatına önəmli təsir göstərib.

Şənbə günü ən yaxşı nəticə göstərən Corc Rassel startda liderliyini qorumağı bacarıb. Tədricən quruyan asfalt müəyyən qədər təsirini göstərməyə başlayıb. Qəza nəticəsində təhlükəsizlik maşınının trassa daxil olması da liderlər qrupunda yerdəyişmələrə səbəb olub. Bundan sonra daha bir dəfə yağış yağsa da, onun müddəti çox olmayıb.

Bütün vəziyyətlərdə hamıdan düzgün strategiyanı “Red Bull” komandası seçib. Bunun da nəticəsində Maks Ferstappen mərhələni qələbəylə başa vurub.

Xatırladaq ki, bu, Maksın karyerasında 60-cı, mövsümdə 6-cı, Kanadada isə 3-cü qələbəsidir.

İkinci yer Lando Norrisə, üçüncü isə Corc Rasselə qismət olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
futbolinfo.az

1Mənbələr