AZ

Ad günündə aldığı hədiyyələri nümayiş etdirdi

Bu gün Xalq artisti Gülyanaq Məmmədovanın ad günüdür.

Axşam.az xəbər verir ki, müğənni evindən video yayımlayaraq hədiyyələrini nümayiş etdirib.

"Təqvimdə hər bir insanın özəl, ona aid bir günü olur. İnsan özünü bu günün qəhrəmanı hiss edir. Yanımda olan, təbrik edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Fərqli-fərqli insanlardan fərqli təbriklər almaq sözün əsl mənasında adamı sevindirir" deyə, G.Məmmədova paylaşımında yazıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
big.az

1Mənbələr