AZ

Papadan Qəzza xalqına çağırış

Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk beynəlxalq ictimaiyyəti müharibədən əziyyət çəkən Qəzza xalqına kömək etmək üçün təcili tədbirlər görməyə çağırıb.

Ednews sozcu.com-a istinadən xəbər verir ki, Vatikanda Müqəddəs Pyotr Meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar ayinini edən Papa, ayindən sonra etdiyi çıxışda Qəzzadakı inkişaflarla bağlı mesajlar verdi.

İordaniya kralı II Abdullah, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin çağırışı ilə iyunun 11-də İordaniyada Qəzzaya dəstək üçün fövqəladə beynəlxalq konfrans keçiriləcəyini xatırladan Papa, "Biz bu mühüm təşəbbüsə görə minnətdarıq. Onlara təşəkkür edərkən, beynəlxalq ictimaiyyəti müharibədən əziyyət çəkən Qəzza xalqına humanitar yardımın ehtiyacı olanlara çatması üçün hər vasitə ilə təcili tədbirlər görməyə çağırıram və heç kim dayana bilməz bu" dedi.

 

Xəyal 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
ednews.net

1Mənbələr