AZ

“Azərpoçt”un kart sahibləri artıq “GooglePay”lə ödəniş edə bilərlər

Bakı. Trend:

“Azərpoçt” ötən illərdə olduğu kimi, bu il də rəqəmsal həllərəyönəlik innovativ xidmətlər təklif etməkdə davam edir.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi məlumat yayıb.

Belə ki, “MilliKart” MMC tərəfindən təqdim olunmuş platformaüzərindən “Azərpoçt”un kart sahibləri ödəniş kartlarını“GoogleWallet”ə əlavə etməklə ödənişlərini təmassız şəkildə həyatakeçirə bilərlər. Bununla daistifadəçilərin kartları özləri ilədaşımasına ehtiyac qalmır.

Qeyd edək ki, “Google Pay” elektron ödəmə sistemi olub,ödənişləri təmassız və sürətli şəkildə həyata keçirməyə imkan verənxidmətdir.

Müştərilər bu xidmətdən müxtəlif ticarət və iaşə obyektlərindəmobil telefonlarını post-terminala yaxınlaşdıraraq ödənişlərinisaniyələr içində edə bilərlər. Əlavə olaraq, “Google Pay”onlaynalış-veriş üçün də çox rahat ödəniş vasitəsidir.

Kartların təhlükəsiz şəkildə “GoogleWallet”də saxlanılması,həmçinin həmin tətbiq vasitəsilə xərclərə nəzarət etmək imkanınınolması da xidmətin əlçatanlığını təmin edir.

Onu da qeyd edək ki, müasir texnologiyanın tətbiqi “Azərpoçt”dabiznes proseslərini asanlaşdırmağa, informasiyanın ötürülməsürətini artırmağa xidmət göstərir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
7
az.trend.az

10Mənbələr