AZ

Mervenin toyundan görüntülər - Video

Ötən gün türkiyəli aktrisa Merve Dizdar 10 aydır sevgili olduğu Cihan Aygerlə evlənib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, cütlük Kadıköydə nikah dairəsində ailə qurub.

Mərasimdə ikilinin ailə üzvləri və yaxın dostları iştirak edib.

Bildirilir ki, Merve ilə Cihan bal ayı üçün Yaponiyaya gedəcək.

Qeyd edək ki, M. Dizdar 76-cı Kann Film Festivalında “Kuru otlar üstüne” filminə görə “Qızıl Palma” mükafatını qazanıb. Həmçinin “Kavak yelleri”, “Doksanlar”, “Kertenkele”, “Vatanım sensin”, “Kırmızı oda”, “Masumlar apartmanı” və “Ömer” seriallarında rol alıb. O, daha öncə həmkarı Gürhan Altundaşar ilə evli olub.




Seçilən
145
5
qafqazinfo.az

7Mənbələr