AZ

Rusiya XİN Ermənistanın KTMT büdcəsinə ödəniş etməkdən imtina etməsinə münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın KTMT büdcəsinə ödəniş etməkdən imtina etməsinə münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN-dən bildirilib ki, İrəvanın büdcəyə ödənişlər üzrə borcları əvvəllər də olub.

"Ermənistan rəhbərliyinin hesablanmış ödənişi ödəməkdən imtina etməsini nəzərə alaraq, KTMT-nin cari il üçün büdcəsinə düzəlişlər etmək lazımdır, lakin “ödənişlərin yenidən bölüşdürülməsi”ndən söhbət getmir. Eyni zamanda, Moskva hesab edir ki, İrəvan KTMT Nizamnaməsinə uyğun olaraq maliyyə öhdəliklərini özündə saxlayır", deyə Rusiya XİN-dən verilən açıqlamada qeyd olunub.

Qeyd edək ki, Ermənistan KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcəyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
5
apa.az

6Mənbələr