AZ

Putinin qızları ictimaiyyət qarşısına çıxmağa başladı

Yazını böyüt
Yazını kiçilt

“Daily Beast” xəbər saytı Rusiya prezidenti Vladimir Putinin adətən arxa planda qalan qızlarının son günlər ictimai çıxışlarını araşdırıb.

Hafta.az-ın yazdığına görə, Katerina Tixonova və Mariya Vorontsova Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda çıxış edib.

2020-ci ildən Moskva Dövlət Universitetində süni intellekt institutunun rəhbəri olan 37 yaşlı Tixonova çıxışında əsas diqqəti Rusiya müdafiə sənayesinin inkişafına yönəldib.

“Daily Beast” Putinin övladları haqqında nadir hallarda danışdığını qeyd edib və yazıb ki, bacıların belə bir forumda birlikdə iştirak etməsini “bu il 72 yaşı tamam olacaq Rusiya liderinin öz irsinə diqqət yetirməsinin göstəricisi kimi dəyərləndirmək olar”.

Rus və ingilis dillərində nəşr edilən Amsterdamda yerləşən "Moskva Tayms" da Tixonova və Vorontsovanın forumda ilk dəfə spiker kimi çıxış etdiklərinə diqqət çəkib.

“Daily Beast”ə danışan MKİ-nin keçmiş məxfi xidmət zabiti Ronald Marks Putinin öz irsini möhkəmlətmək istədiyini əsas gətirərək belə bir qiymətləndirməni bölüşüb: "Unutmayın, bu, Putinin dünyasıdır, biz sadəcə orada yaşayırıq. Bu, onun davamıdır. Biz Rusiya İmperiyasını yenidən yaratmaq istəyini, Putinin özünü Rusiyanın ən güclü adamı göstərmək istəyini görürük".

Xəbərdə Putinin qızları üçün “yüksək yerlərdə dostluq təşkil etdiyi” də iddia olunub.

İddia olunurdu ki, Putinin başqa bir müavini Andrey Fursenko Vorontsovanın panelinə moderator təyin edilsin. Lakin sonradan bildirilib ki, Fursenkonu Kremlə yaxınlığı ilə tanınan rusiyalı jurnalist və televiziya aparıcısı Vladimir Solovyov əvəzləyib.

2022-ci il fevralın 24-də Ukrayna müharibəsi başlayandan az sonra Putinin əmri ilə ABŞ Vorontsova və Tixonovanı sanksiya siyahısına salıb. Sanksiya qərarından sonra “Reuters”ə danışan yüksək rütbəli bir ABŞ rəsmisi, "Düşünürük ki, Putinin var-dövləti əsasən ailə üzvlərinin adına yazılır və bu şəkildə gizli saxlanılır, ona görə də onları hədəfə alırıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
hafta.az

1Mənbələr