AZ

“Bayern”in qərarı Van Qalı təəccübləndirib

Niderlandlı mütəxəssis Lui van Qal Vensan Kompaninin “Bayern”in “sükanı arxasına” keçməsindən danışıb.



Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Van Qal Kompaninin “Bayern”in baş məşqçisi təyin edilməsinə təəccüblənib:



“Vensanın “Bayern”ə baş məşqçi təyin olunması məni təəccübləndirdi, çünki mətbuatda namizədlər arasında çoxlu böyük adlar var idi. Kompani təcrübəsi az olan gənc mütəxəssisdir. “Bayern” digər mütəxəssislərlə danışıqlar aparsa da, heç kim razılaşmayıb. Bu, klub üçün yaxşı hal deyil”.



“Bayern” ötən mövsüm almaniyalı məşçi Tomas Tuxelin rəhbərliyi altında çıxış edib və heç bir kubok qazana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərBayern Vensan Kompani

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
komanda.az

1Mənbələr