AZ

“Həcc və zəvvarların təhlükəsizliyi qırmızı xəttimizdir” – General əl-Bessami

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının İctimai Təhlükəsizlik Direktoru və Həcc Təhlükəsizlik Komitəsinin sədri general-leytenant Məhəmməd əl-Bessami Həcc və zəvvarların təhlükəsizliyinin qırmızı xətt olduğunu vurğulayıb və Həcc təhlükəsizlik qüvvələrinin təhlükəsizliyə və asayişə təsir edən hər şeyə qarşı qətiyyətlə dayanacağını bildirib.  

Hafta.az-ın yazdığına görə, general Bessami qeyd edib ki, müxtəlif müqəddəs məkanlarda ibadətlərini yerinə yetirən qonaqların əmin-amanlıq içində ölkələrinə qayıdana qədər təhlükəsizliyi Həcc təhlükəsizlik qüvvələri üçün prioritet məsələdir.

Məkkədə Həcc təhlükəsizlik komitəsinin rəhbərləri üçün təşkil edilən mətbuat konfransında danışan Bessami, Həcc təhlükəsizlik qüvvələrinin təhlükəsizlik hadisələrinin monitorinqini sürətləndirmək, onlara operativ şəkildə lazımi tədbirlərlə cavab vermək üçün sahədə mövcudluğunu gücləndirdiyinə diqqət çəkib. General baş verə biləcək hər hansı neqativ halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görərək, hər kəsi Həcc qaydalarına və göstərişlərinə əməl etməyə çağırıb.

Həcc Pasport Müdirliyinin baş direktoru Dr. Saleh bin Saad əl-Murabba, Pasport Ümumi Müdirliyinin hava, quru və dəniz limanlarından zəvvarlara asanlıqla xidmət göstərməyə davam edəcəyini bir daha təkrarlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
hafta.az

1Mənbələr