AZ

Ermənistana görə KTMT-nin büdcəsinə yenidən baxılacaq

“Ermənistan hakimiyyətinin hesablanmış pulu ödəməkdən imtina etməsi səbəbindən KTMT-nin cari il üçün büdcəsinə düzəliş etmək lazımdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirmişdi ki, İrəvan təşkilatın fəaliyyətini maliyyələşdirməkdən çəkinmək qərarına gəlib.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, KTMT Katibliyi mövcud ehtiyatlardan istifadə etməli olacaq. Şöbə qeyd edib ki, vəsaitin yenidən bölüşdürülməsindən söhbət getmir.

“Bəzi parametrlərə görə, KTMT Katibliyi və KTMT-nin Birgə Qərargahı xərclərini azaldıb, lakin ilk növbədə İrəvanın öz əməkdaşlarını müvafiq strukturlardakı kvota vəzifələrinə geri çağırması və ya təyin etməməsi ilə bağlıdır”, – Rusiya XİN-dən Rusiya mətbuatına bildiriblər.

KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. Fevralda Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-də iştirakının dondurulduğunu bəyan edib. Bundan sonra İrəvan Rusiya sərhədçilərinin İrəvan Zvartnots hava limanında işini dayandırmaq qərarı barədə Moskvanı xəbərdar edib.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
konkret.az

1Mənbələr