Avropa Parlamentin (AP) seçkiləri dünya mediasının əsas gündəminə çevrilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fransada ifrat radikalların bu parlamentə keçirilən seçkidə qalib gəlməsindən qorxuya Makron ölkə parlamentini buraxmasından onra məsələ daha da aktuallaşıb. Oxşar hal Avstriya və Belçikada da yaşanıb. Bu iki ölkədə də millətçilər qazanb. Avstriyada millətçilər birinciliyi, Belçikada isə ikinciliyi əldə ediblər.
Lamiyə Əhmədli
MİA.AZ