Goranboy rayonunun Yeni Yol kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. BUTA.TV xəbər verir ki, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Əhməd Muxtar oğlu Seyidovun idarə etdiyi "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə sürücü aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.