AZ

Bayden səhv etdi: ABŞ lideri Ukrayna ilə İraqı qarışdırıb

Amerika lideri Kiyevin əvəzinə İraqı xatırladıb və bildirib ki, ölkə ABŞ-dan dəstək üçün uzun müddət gözləməli olub
ABŞ Prezidenti Co Bayden ABŞ-ın Ukraynaya yardımı barədə danışarkən səhv buraxıb. Amerika lideri Kiyevin əvəzinə İraqı xatırladıb və bildirib ki, ölkə ABŞ-dan dəstək üçün uzun müddət gözləməli olub. AYNA xəbər verir ki, Baydenin çıxışı Ağ Evin saytında dərc edilib.
“Bəzi insanların danışdığı fikir ondan ibarətdir ki, biz indi yarıtəcridçiyə çevrilmişik. Demək istəyirəm ki, İraqa pul almaq üçün bütün bu ayları gözləməli olduq”, - Bayden vurğulayıb.
Daha əvvəl Bayden ölkələrin adlarını qarışdırıb və Vaşinqtonun “Ukraynaya qarışmaq” qərarını tənqid edib. Bundan sonra o, İraq və Əfqanıstanı nəzərdə tutduğunu dəqiqləşdirərək, səhvini düzəldib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
ayna.az

1Mənbələr