AZ

DSX-nin 342 minlik tenderinin qalibi olmuş həbsdəki şirkət rəhbəri qərardan narazıdır

Dövlət Sərhəd Xidmətinin (DSX) 342 min manatlıq tenderinin qalibi olmuş, dələduzluqda ittiham olunan "Zövq" MMC-nin direktoru Rza Əhmədovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyunun 12-nə təyin edilib.

 
Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. 

 

O, cəzasının yüngülləşdirilməsini istəyir. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxsin özü və onun müdafiəçilərinin, zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərini təmin etməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin Rza Əhmədov barəsində olan hökmü mülki iddia hissəsində dəyişdirib. Belə ki, qərarda qeyd edilib ki, Rza Əhmədovun zərərçəkmişlərdən birinə vurulmuş 55 830 manat maddi ziyandan 14 000 manat hissəsinin ödənildiyindən, verilmiş mülki iddianın maddi ziyanın ödənilməmiş hissəsi 41 830 manat təşkil etsin və mülki iddianın qalan hissəsi dəyişdirilməsin. Məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılıb.

 

İttiham aktına əsasən, Rza Əhmədov Dövlət Sərhəd Xidməti (DSX) ilə 342 min manat dəyərində uçuş geyimlərinin satılmasına dair müqavilə imzalayıb. Müqavilə ilə əlaqədar məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan Rövşən Məmmədli, Rəsət Miriyev və Rəsul Süleymanova 342 min manat dəyərində görülməli işləri 50 min manat vəsaitlə görməyin mümkün olduğunu bildirərək dələduzluq etməkdə təqsirli bilinib. İşin görülməsi ilə bağlı yalan vədlər verərək həmin şəxslərdən müəyyən məbləğdə pul alıb mənimsəməkdə ittiham olunub.

 

Faktla bağlı sahibkara Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

Tarix: 10 İyun 2024, 08:51   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
pravda.az

1Mənbələr