AZ

Rusiya qırıcıları Nyu-Yorku BOMBALADI

Rusiya Aerokosmik Qüvvələrinin (VKS) aviasiyası Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində olan Nyu-York kəndinə bombalı hücum həyata keçirib

Publika.az xəbər verir ki, bu barədə "Rus baharının hərbi müxbirləri" "Telegram" kanalı məlumat yayıb.

Mənbə bildirib ki, bu məntəqədə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə üç güclü partlayıcı aviasiya bombası atılıb.

Kəndin qeyri-adi adı onun tarixi ilə bağlıdır. Nyu-York qəsəbəsi II Yekaterina tərəfindən Rusiyaya dəvət edilən mennonitlər tərəfindən salınıb. Sonralar Novqorodskoye adlandırılıb, lakin 2021-ci ildə tarixi adı qəsəbəyə qaytarılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
3
publika.az

4Mənbələr