Azərbaycan I Liqasını 10-cu sırada başa vuran “Araz Saatlı” II Liqanın ikincisi “Cəbrayıl” ilə üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, 2024/2025-cü illər mövsümündə 1-ci Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü “ASCO Arena”da baş tutub.
Qarşılaşma “Cəbrayıl” kollektivinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında cavab qarşılaşması iyunun 15-də baş tutacaq.
İki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan 1-ci Liqasında çıxış etmək hüququ qazanacaq.