AZ

«Azərbaycanda neft gəlirləri azalır, qaz onu əvəz etməyəcək» - AGENTLİKDƏN XƏBƏRDARLIQ 

Xəbər verildiyi kimi, «SPGlobal» reytinq agentliyi 7 iyun 2024-cü il tarixində S&P Global Ratings Azərbaycanın xarici və yerli valyutada uzun və qısamüddətli kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləyib. Ölkənin iqtisadi vəziyyəti ilə bağlı proqnozlar «Sabit»dir.

“Air Montenegro” aviaşirkəti Bakı hava limanına ilk reysini yerinə yetirib

FED.az xəbər verir ki, Agentliyin reytinqlə bağlı ənənəvi açıqlamasında Azərbaycan iqtisadiyyatının neftdən asılılığı ilə bağlı ayrıca vurğulanır və yeni işə düşən qaz sektorunun nefti əvəz edib edə bilməyəcəyi təhlil edilir.

Açıqlamada deyilir ki, Azərbaycan iqtisadiyyatı neftdən hələ də çox asılıdr - ÜDM-in 50%-ə yaxını, ölkədən ixracın isə 80%-i neft-qaz sektorunun payına düşür. Nəticədə Azərbaycan neftin qiymətlərində baş verə biləcək potensial mənfi dəyişikliklərə qarşı çox həssasdır, «SPGlobal» bununla bağlı 2015-ci ili – neftin kəskin ucuzlaşması nəticəsində büdcədə yaranan problemləri və manatın devalvasiyasını xatırladır.

«SPGlobal»ın açıqlamasında deyilir ki, problem təkcə neftin qiymətində deyil, həm də həcminin azalmasındadır. Bildirilir ki, Azərbaycanın neft yataqlarının köhnəlməsi nəticəsində neft hasilatı davamlı azalmaqdadır.

«Son illər Azərbaycanın əsas neft yataqları sayılan və «Əsrin müqaviləsi»nin predmeti olan «Azəri-Çıraq-Günəşli» neft yataqları köhnəldikcə hasilat sabit şəkildə azalır. 2019-cu ildə ölkədə gündə 790 min barel neft hasil edildiyi halda, 2024-cü ildə bu rəqəm 650 min barelə enib. Nəticədə, iş o yerə çatıb ki, Azərbaycan OPEC+ tərəfindən ona ayrılan kvotadan da aşağı səviyyədə neft hasil edir. Neft hasilatı 2027-ci ilədək sutkada orta hesabla 0,65 milyon barel səviyyəsində qalacaq». 

Doğrudur, paralel olaraq qaz hasilatı artmaqdadır. Agentlik bildirir: «Qaz hasilatı hər il 35-36 milyard kubmetrə yaxın göstəricidə sabitləşib. BP tərəfindən idarə olunan Şahdəniz II əsas qaz yatağında (illik hasilat təxminən 16 milyard kubmetr) hasilata başlanıldığı 2018-ci ildən Azərbaycanın qaz hasilatı əhəmiyyətli dərəcədə artıb. 2023-cü ilin iyul ayında isə daha kiçik olan «Abşeron» qaz və kondensatında hasilat da başlayıb - yataqdan illik hasilat təxminən 1,5 milyard kubmetr təşkil edir.

Amma «SPGlobal» hesab edir ki, qaz hasilatı sahəsində artımın böyük hissəsi artıq baş verib və artıq bir neçə ildən sonra Azərbaycan qaz hasilatının pik həddə çatacaq. Yəni qarşıdakı dövrdə 2023-cü il səviyyəsindən çox da fərqli artmayacaq.

Doğrudur, agentliyin fikrincə, gələcəkdə bəzi layihələr qaz hasilatını artıra bilər. Bunlara daxildir: 

•           Abşeron yatağının növbəti mərhələsi (hasilatın ildə 1,5 milyard kubmetrdən 5,0 milyard kubmetrə qədər genişləndirilməsi);

•           Azəri-Çıraq-Günəşli (AÇG) qazının dərin işlənməsi, hazırda hasil olunan AÇG neft yatağının altından qazın çıxarılması imkanlarının araşdırılması (biz başa düşürük ki, hasilatın miqyası hələlik aydın deyil).

Amma yuxarıda qeyd olunan layihələr planlaşdırma mərhələsindədir və bir dəfə və davam etdiriləcək qərarlar qəbul olunarsa, tamamlanması bir neçə il çəkəcək. 

Üstəlik agentliyin fikrincə, istənilən halda qaz hasilatının artması iqtisadiyyat üçün azalan neft hasilatını əvəz etməyəcək: «Son illər təbii qaz hasilatının həcminin sürətlə artmasına baxmayaraq, hesab edirik ki, büdcə daxil olmaları neftdən xeyli az olacaq. Məsələn, qazın qiymətlərinin xeyli yüksək olmasına baxmayaraq, 2023-cü ildə ARDNF-ə ötürülən Şahdəniz qazının satışından əldə olunan gəlir 1,3 milyard dollar təşkil edib. Bu dövrdə neftdən gələn gəlirlər isə 7 milyard dollar olub».

Seçilən
6
fed.az

1Mənbələr