AZ

İrəvanda oturaq aksiya: çadırlar quruldu, ocaq qalandı

Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının iştirakçıları gecəni Baqramyan prospektində keçiriblər.

Publika.az xəbər verir ki, bu barədə Nesws.aam məlumat yayıb.

Bildirilib ki, etirazçılar ordada çoxlu çadırlar qurublar, isinmək üçün ocaq yandırıblar.

Qeyd edək ki, dünən İrəvanın Respublika meydanında keçirilən mitinqin sonunda Baqrat Qalstanyantərəfdarları ilə Baqramyan prospektinə yürüşə başlayıb. Burada çoxlu sayda polis qüvvələri kütləni Dəmirçyan küçəsinə buraxmayıblar.

Bir qrup etirazçı hökumətin bağ evlərinə doğru yürüş edib, lakin orada polis Proşyan küçəsindən Dəmirçyan küçəsinə daxil olmağa icazə verməyib.

Nəhayət, yürüş iştirakçılar Baqramyan prospektinə qayıdıblar və burada onlar oturaq aksiyaya başladıqlarını elan ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
6
publika.az

7Mənbələr