AZ

"Əsir, girov və itkinlərin axtarışına dəstək" adlı layihənin icrasına start verilib

"QÜRUR" şəhid ailələri xeyriyyə ictimai birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Əsir, girov və itkinlərin axtarışına dəstək" adlı layihənin icrasına start verdi. Layihə 3 aylıqdır və 1 iyun 2024-cü ildən başlayır.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi, Qarabağ müharibəsində əsir və girov qalmış ailələrin yaşadıqları faciəli həyat yolları haqqında videoçarx hazırlamaqdır. Bu çərçivədə, 1992-ci ildə Xocalıda girovluq həyatı yaşamış və ailənin itkin düşmüş üzvləri haqqında videoçarx hazırlanacaq.

Layihənin icrası məqsədilə ailə üzvlərindən və şahidlərdən həm Bakı şəhərində, həm də Xocalıda müsahibələr götürüləcək. Bu müsahibələr vasitəsilə, həmin ailələrin üzləşdiyi çətinliklər və yaşadıqları dəhşətli anlar sənədləşdiriləcək. Layihə nəticəsində hazırlanan videoçarxlar ictimaiyyətə təqdim olunaraq, Qarabağ müharibəsinin nəticələrinin daha yaxşı anlaşılmasına və bu faciələrin unudulmamasına kömək edəcəkdir.

Layihə, həmçinin əsir, girov və itkin düşmüş şəxslərin axtarışı və bu mövzuda cəmiyyətin məlumatlandırılması məqsədilə önəmli bir addım olacaq. Bu cür təşəbbüslər, itkin düşmüş şəxslərin ailələrinə dəstək olmaq və onların haqq səsini dünyaya çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
3
qht.az

4Mənbələr