AZ

10 iyun - Ümumdünya Dondurma Günüdür - Bu məhsul bədəndə enerji istehsalını dəstəkləyir

Müxtəlif şirniyyatlara və desertlərə həsr olunan bayramlar siyahısında, əlbəttə ki, Dondurma Günü öndə gəlir.


Aztibb.az xəbər verir ki, mütəxəssis Fizuli Hüseynovun sözlərinə görə, bir desert olaraq dondurmanın proteini olduqca yüksəkdir. A vitamini, B vitaminləri, kalsium, fosfor, maqnezium və kalium kimi maddələrlə də zəngindir.


Bu səbəbdən dondurma əzələlərin nizamlı işləməsini dəstəkləyir, beləliklə, toxuma itkisinin qarşısını alır. Onu soyuq qış aylarında da asanlıqla yeyə bilərsiniz.


Qidalanma və diyet mütəxəssisləri çox soyuq qidaların həzmi çətinləşdirən, xüsusən də qaza səbəb olan xüsusiyyətə sahib olduğunu vuğulayırlar. Yüngül bir temperatur artımı ilə udmaq həzm sisteminə kömək edəcək və həzm pozğunluğu kimi problemlərin inkişafının qarşısını alacaq.


Dadlı dondurma zülal, kalsium, A vitamini, B12 vitamini, C vitamini və maqnezium kimi bir çox vitamin və minerallar sayəsində şəfa verir. Unutmayın ki, onun tərkibində şəkər var! Məsələn, 2 xörək qaşığı dondurma yeyərkən, təxminən 2,5 xörək qaşığı şəkərə bərabər olan karbohidrat alırıq.


Xüsusilə şokoladlı dondurma yüksək maqnezium ehtiva edir və 2 qaşıq dondurma ilə gündəlik maqnezium ehtiyacınızın 10-15 faizini ödəyə bilərsiniz. Vitamin B2 olaraq da bilinən riboflavin tərkibi ilə dondurma bədənimizdə enerji istehsalını dəstəkləyir. Riboflavin selikli qişanı qorumaq və dərinin bərpasına kömək etmək kimi xüsusiyyətlərə də malikdir.


Dondurmanın faydaları ilə yanaşı orqanizmə zərərli təsirləri də məlumdur. Belə ki, yay ayları çox isti olduğu üçün dondurmanın yeyilməsi qəlfətən ağız boşluğu, əsnək, udlaq və qırtlağın soyumasına səbəb olur ki, bu da qısa zaman kəsiyinda yuxarı ənəffüs yollarının itihabi xəstəlklərinin inkişaf etməsinə gətirb çıxarır.


Bildiyimiz kimi, dondurmaların hazırlanmasında çiy yumurtadan istifadə olunduğuna görə bağısaq infeksiyaları, qida toksikoinfeksiyaları və digər qida zəhərlənmələri qaçınılmazdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
aztibb.az

1Mənbələr