AZ

Marin Le Pen partiyasının hakimiyyəti ələ almağa hazır olduğunu deyib

Le Pen, Fransa Milli Assambleyasının buraxılmasından sonra partiyasının dövləti idarə etməyə hazır olduğunu bildirib.

APA xəbər verir ki, parlament fraksiyasının rəhbəri Marin Le Pen Milli Birlik partiyası ölkə vətəndaşlarının ona etimad göstərəcəyi təqdirdə dövləti idarə etməyə hazır olduqlarını bildirib.

“Biz yeni seçkilərə hazırıq. Əgər xalqımız bizə etimad edərsə, biz Fransada hakimiyyəti ələ almağa hazırıq” – deyə Le Pen bildirib.

O, həmçinin Fransa prezidenti Emmanuel Makronun Milli Assambleyanı buraxmaq qərarını yalnız alqışlaya biləcəyini deyib.

Qeyd edək ki, Milli Birlik partiyası Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə 31,8 faiz səs toplayıb. Prezidentin İntibah Partiyasını isə seçicilərin cəmi 15,2 faizi dəstəkləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
50
apa.az

10Mənbələr