AZ

Uşaq Səfirlər Məclisinin Gürcüstanın paytaxtı Tbilisi şəhərində növbəti təlimi keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Gürcüstan üzrə nümayəndəsi Nəsimi Sadıqlı tərəfindən paytaxt Tbilisi şəhərindəki 64 saylı tam orta məktəbin Azərbaycan dili bölməsinin VIII sinif şagirdləri üçün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədər “Uşaq hüquqları – inkişaf üçün birləşək!” adlı təlim keçirilib.

QHT.az xəbər verir ki, Nəsimi Sadıqlı cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə xüsusi diqqət yetirdiyini bildirib. Sonra uşaq hüquqlarının müdafiəsinə dair mövcud beynəlxalq hüquq normaları və milli qanunvericilik aktları, Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin bu sahədə həyata keçirdiyi fəaliyyəti eləcə də, Azərbaycanda icra olunan və bütün azərbaycanlı uşaqları əhatə edən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” barəsində məlumat verilib.

Təlim uşaqları maraqlandıran və narahat edən məsələlərin müzakirəsi ilə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
qht.az

1Mənbələr