AZ

“Arsenal” qapıçısını 50 milyona satışa çıxardıb

“Arsenal” ən azı 50 milyon avroya qapıçısı Aron Ramsdeyl ilə ayrılmağa hazır olduğunu bildirib. Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Alan Nikson paylaşıb. Bildirilir ki, London klubu 40 milyon avronun birbaşa, 10 milyon avronun isə bonus olaraq ödəniləcəyi variantı nəzərdən keçirməyə hazırdır. Xatırladaq ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın son mövsümündə əsas qapıçı seçimini David Rayaidən yana edib. Artetanın da Ramsdeylin gedişinə etiraz etmədiyi bildirilir. Qeyd edək ki, 26 yaşlı Ramsdeyl bu mövsüm “Arsenal”ın heyətində 11 oyun keçirib, bu oyunda 12 qol buraxıb və 3 oyunda qapısını toxunulmaz saxlayıb. Almaniyanın nüfuzlu “Transfermarkt” internet portalı qapıçının bazar dəyərini 25 milyon avro qiymətləndirir.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
matc.az

1Mənbələr