AZ

Bayden Ukrayna ilə İraqı səhv saldı

Co Bayden çaşaraq Ukraynanı İraq adlandırıb.

Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti Co Bayden Fransa səfəri zamanı Ukraynanın ABŞ-dan kömək gözlədiyini demək əvəzinə, İraqın ABŞ-dan kömək üçün çox uzun müddət gözləməli olduğunu deyib.

“Bəziləri indi deyir ki, biz yarıtəcridçiyə çevrilmişik. Demək istədiyim odur ki, İraqa göndərmək üçün bütün bu ayları gözləməli olduq" - Amerika prezidenti çıxışında deyib. Amma Ağ Evin stenoqramında "İraq"ın üstündən xətt çəkilərək mötərizədə "Ukrayna" qeyd olunub.

Xatırladaq ki, daha öncə Bayden və Fransa prezidenti Emmanuel Makron Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin istifadəsi ilə bağlı razılığa gəldiyi bildirilirib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
teleqraf.com

1Mənbələr