AZ

Ərdoğan Ukrayna ilə bağlı konfransa getməyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-dən 16-dək İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək konfransda iştirak etməyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat yayıb.

Ərdoğan G7 sammiti üçün İtaliyaya gələcək və Bürgenstokda keçiriləcək görüşdə ölkə rəhbərini Türkiyənin xarici işlər naziri Hakan Fidan əvəzləyəcək.

O da məlumdur ki, həftənin əvvəlində diplomatik korpusun rəhbəri BRİKS+ ölkələrinin xarici işlər nazirlərinin konfransında iştirak etmək üçün Nijni Novqoroda gələcək. Xatırladaq ki, tədbir iyunun 10-da baş tutacaq.

…Çin, Nikaraqua, Meksika, Səudiyyə Ərəbistanı, Argentina və digər ölkələrin nümayəndələri artıq Ukrayna üzrə qondarma “sülh görüşü”ndə iştirakdan imtina etdiklərini bəyan ediblər.

Bundan əlavə, BMT-nin baş katibi Antonio Quterreş də konfransı buraxacaq.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
sia.az

1Mənbələr