AZ

"Kitablar yığılır, şagirdlər məktəbə qonaq kimi gedib-gəlirlər"

"Azərbaycanda orta məktəblər iyunun 14-ü bağlanır. Bu günlərdə havaların çox isti keçməsi şagirdlərin dərsə getmə həvəsini öldürür. Müşahidələr əksər təhsil ocaqlarında dərsə davamiyyətin zəiflədiyini göstərir. Nəzər salsaq, görərik ki, əksər təhsil müəssisələrində kitablar yığılsa da, şagirdlər məktəbə qonaq kimi gedib-gəlirlər".

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil eksperti Əli Ələkbərov bildirib.

Onun sözlərinə görə, dərsliklərin məzmunundan tutmuş, forma və keyfiyyətinə, hər dərsliyə dair bir neçə əlavə vəsaitin nəzərdə tutulmasına, tədrisin kefiyyətinin aşağı olmasına qədər xeyli həlli vacib problemlər var:

"Hazırda məktəblərdə tətbiq edilən kitabların tədrisi və mənimsənilməsi üçün bir dərs ili deyil, heç iki və ya üç dərs ili də çatmaz. Amma bunlarla bərabər dərs ilinin gec başa çatması da problemləri artıran səbəblərdəndir. Ölkənin orta ümumtəhsil məktəblərinin dərsləri iyunun 14-nə kimi uzatmağın xüsusi bir mənası yoxdur. Çünki orta məktəblər kondisioner və soyuducu cihazlarla təmin olunmayıb".

Ekspert qeyd edib ki, şagirdlərin gərgin dərs ilindən sonra istirahət etməsinə böyük ehtiyac var:

"Təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də uğurlu variant deyil. Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz. Məsələn, Azərbaycanda 6 yaşlı uşağı məktəbə getməsini nəzərə alsaq, dünya təhsilində nümunə sayılan Finlandiyada və digər qabaqcıl ölkələrdə uşaqlar məktəbə 7 yaşdan gedir və s. Beynəlxalq təcrübəni əsas götürürüksə, dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri, ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Məsələn, Rusiyada ənənəvi olaraq 1 sentyabr “Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə 25 maydır. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar ertəsi günü başlayır. İranda və Türkyədə də dərslər sentyabr da başlayıb iyun ayında başa çatır. Ümumiyyətlə, təhsil dialektikasının qanunudur ki, təhsil standartları daim yenilənsin".

Əli Ələkbərov bildirib ki, müşahidə olunan ölkələrin heç birində sentyabrın 15-də dərs başlamır:

"Əksər ölkələrdə sentyabr ayının 1-də başlayır, may ayının 25-də bitir. Məsələ bundadır ki, mövzular məlumdur və elə mövzular var ki, həftədə 2-3 dəfə tədris olunmalıdır ki, keyfiyyətli tədris alınsın. İndi onu həftədə 1 dəfə tədris edirlər ki, keyfiyyətdən söhbət belə gedə bilməz. Beynəlxalq standartlarda dərslərlə bağlı müəyyən tədris zamanı nəzərdə tutulub. Bəzən isə zaman bu standartlara əməl etməyə imkan vermir. Sentyabrın 15-dən başlayan və may ayının sonunda bitən dərs ilində o standartları tətbiq etmək mümkün deyil".

Mərcanə Əsədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
tehsil.biz

1Mənbələr