AZ

Ali Koç “Fənərbaxça”da yenidən prezident seçildi

Bu gün Türkiyənin “Fənərbaxça” klubunda prezident seçkiləri keçirilib, Ali Koç yenidən İstanbul təmsilçisinin prezidenti seçilib.

Arena.az xəbər verir ki, seçkilərdə təxminən 27 min insan iştirak edib.

Prezident postuna klubun indiki prezidenti Ali Koçla yanaşı, keçmiş prezident Aziz Yıldırım namizəd idilər. Seçkilərin yekununda klubun indiki prezidenti Ali Koç 16,464 səs toplayıb. Aziz Yıldırım isə 10,483 səslə ikinci olub.

Bununla da Ali Koçun üçüncü dönəmdə “Fənərbaxça”nın prezidenti olacağı dəqiqləşib. O, 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edir. Bir sözlə, Koç 2027-ci ilə qədər sözügedən kluba rəhbərliyini davam etdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
arena.az

1Mənbələr