AZ

Blinken Qəzzada atəşkəs prosesi üçün Yaxın Şərq turuna çıxıb

Blinken Qəzzada atəşkəs prosesi üçün Yaxın Şərq turuna çıxıb

Qəzzada atəşkəs danışıqları üçün yeni Yaxın Şərq turuna çıxan ABŞ dövlət katibi Antoni Blinken 10-12 iyun tarixlərində Misir, İsrail, İordaniya və Qətərdə görüşlər keçirəcək.ABŞ Dövlət Departamentindən verilən açıqlamada Blinkenin iyunun 10-da 3 günlük Yaxın Şərq turuna gedəcəyi bildirilib.Açıqlamada Blinkenin ABŞ prezidenti Co Baydenin açıqladığı 3 mərhələli atəşkəs təklifindən sonra tərəflər arasında danışıqlar prosesini sürətləndirmək üçün bölgədə sıx diplomatik təmaslar aparacağı vurğulanıb və onun hazırda masada olan təklifi təqdim etdiyi bildirilib. "Blinkenin təklifi HƏMAS-ın keçən ay etdiyi təkliflə demək olar ki, eynidir” - deyə açıqlamada qeyd olunub.Açıqlamada Blinkenin atəşkəs təklifinin həm İsrailə, həm də Fələstin tərəfinə fayda verəcəyini vurğulayacağı bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
2
afn.az

3Mənbələr